AZƏRBAYCAN FİLM

Film 1941-ci ildə Brest qalasını faşistlərdən qəhrəmancasına qorumuş və 50 ildən sonra doğma Qarabağını erməni işğalçılarından müdafiə etməyə qalxmış bir əsgərin taleyindən bəhs edir. Filmin qəhrəmanı iki müharibənin iştirakçısıdır. Filmdəki hadisələr Qarabağ müharibəsinə rus zabitinin gözü ilə baxışı əks etdirir. Qarabağda ermənilər tərəfdə döyüşən rus kapitanı Vanya veteran Azəri öldürür, sonra isə yaşlı azərbaycanlı snayperin gündəliyini tapır. Babasının Böyük Vətən müharibəsində veteran Azər ilə birgə döyüşdüyünü öyrənən rus zabiti onun meyitini Azərbaycan tərəfinə vermək üçün öz həyatını təhlükəyə atır, eyni zamanda gündəliyi vərəqlədikcə ekranda 1941–45-ci ilin hadisələri canlanır.

Ssenari müəllifləri : Konstantin Vorobyov, Yavər Rzayev
Quruluşçu rejissor : Elxan Cəfərov
Quruluşçu operator : Nadir Mehdiyev
Prodüser : Müşfiq Hətəmov
Quruluşçu rəssamlar : Rafiq Nəsirov, Vadim Şafranski
Bəstəkar : Polad Bülbüloğlu