Azərbaycanfilm

Bir cənub şəhərində (film, 1969)
Lirik-psixoloji dram çox da böyük olmayan cənub şəhərlərindən birinin adamları, onların həyatı və əməyi haqqındadır. Burada hələ də insanların şüurunda keçmişin qalıqlarının kök salması, insanın mənəvi azadlığa necə böyük çətinliklə çıxması məsələləri ön plana çəkilmişdir.

Filmin mərkəzində yeniliklə köhnəliyin mübarizəsi, insanın köhnəlmiş adətlərin əsarətindən xilas olması prosesi durur.

Rejissor: Eldar Quliyev
Əsərin müəllifi: Rüstəm İbrahimbəyov
Ssenari müəllifi: Rüstəm İbrahimbəyov
Operator: Rasim Ocaqov
Rəssam: Kamil Nəcəfzadə
Bəstəkar: Fərəc Qarayev

Rollarda: Həsən Məmmədov, Eldəniz Zeynalov, Hacımurad Yegizarov, Məcid Dadaşov, Natella Adıgözəlova

Janr: dram
İlk baxış tarixi: 27 yanvar 1969
Dil: azərbaycanca
Ölkə: Azərbaycan SSR
İstehsalçı qurum: "Azərbaycanfilm" kinostudiyası
Filmin növü: tammetrajlı bədii film
Rəng: ağ-qara
Vaxt: 75 dəq.
İl: 1969