Azərbaycanfilm

Müasir ailəni necə təsəvvür edirsiniz? Cəmiyyətimizin sosial inkişafı ailədə necə təzahür edir? Milli Azərbaycan ailələrini başqa xalqların ailələrindən fərqləndirən hansı əlamətlər mövcuddur? Filmin müəllifləri bu suallar ətrafında tamaşaçılarla fikir mübadiləsi aparırlar.
Film çağdaş azərbaycanlı ailəsinin problemlərinə həsr olunmuşdur. Bizim millətə xas olan ailənin başqa xalqların məişəti, adət-ənənələri ilə fərqli və oxşar cəhətlərindən, müasir ailənin formalaşmasından söhbət açılır.
Kinolentdə azərbaycanlı ailələri barədə dəqiq təsəvvür yaratmaq üçün 3 ailənin-fəhlə, kəndli və ziyalı ailəsinin məişəti əsas götürülmüşdür. Buraya həyatın diqtə etdiyi problemlər də əlavə olunmuşdur.


Rejissor : Cəmil Fərəcov
Ssenari müəllifi : Emil Ağayev
Operator : Sərdar Vəliyev, Köçəri Məmmədov
Bəstəkar : Azər Dadaşov