Azərbaycanfilm

Kazbek qutusu (film, 1958)

Mənzil - istismar idarəsinin rəisi Məmişov (Əliağa Ağayev) zahirən özünü işgüzar və diqqətli göstərir. O, yanına şikayət və ya xahişə gələnləri hörmətlə qarşılayır, onlara diqqətlə qulaq asır. Şikayətlər və xahişlər yadından çıxmasın deyə "Kazbek" qutusunun içində qeydlər aparır. Papirosları çəkib qurtarandan sonra həmin "Kazbek" qutusunu zibil yeşiyinə tullayır. Belə laqeyd hərəkətləri onun işdən çıxarılmasına gətirib çıxarır.
Qısametrajlı bədii filmdə bürokrat, insan talelərinə laqeyd olan mənzil-istismar idarəsi rəisi tənqid olunur.

Rejissor: Rəşid Atamalıbəyov
Ssenari müəllifi: Məhərrəm Əlizadə
Operator: Mirzə Mustafayev
Rəssam: Nadir Zeynalov
Bəstəkar: Zakir Bağırov
Rollarda: Əliağa Ağayev-Mənzillər idarəsi rəisi Məmişov
Münəvvər Kələntərli-Məmişovun arvadı

Rollarda: Əzizə Məmmədova -Qarı, M. Babayeva - Süpürgəçi, Müxlis Cənizadə - "Kirpi" əməkdaşı, Tələt Rəhmanov - Tələbə Əliyev

Janr:Qısametrajlı, Komediya

Dil: Azərbaycan dili
Ölkə: Azərbaycan
İstehsalçı qurum: Azərbaycanfilm
Filmin növü: Qısametrajlı Bədii Film
Rəng: Ağ-Qara
Vaxt: 17,5 dəq.
İl: 1958