Azərbaycanfilm

Film Azərbaycan muğamından bəhs edir. Burada xanəndələr (Əlibaba Məmmədov, Alim Qasımov), musiqi xadimləri (Eldar Mansurov, Nadir Axundov) mürəkkəb ideya, emosional məna daşıyan, dərin və bitkin təfəkkür, bədii həyəcan və müxtəlif musiqi obrazlarının inkişafını ifadə edən Azərbaycan muğamı barədə öz fikirlərini söyləyirlər.
Eyni zamanda, yazıçı Anarın muğam sənəti haqqında fikirləri, onun həyat yoldaşı Zemfira Səfərin xanəndə Cabbar Qaryağdıoğlu haqqında söhbətləri də filmdə öz əksini tapıb.


Ssenarist: Şəhla Mahmudova
Rejissor: Emin Mirabdullayev
Operator: Yusif Şəfiyev
Prodüser: Cavid İmamverdiyev