Azərbaycanfilm

Kinolentdə öz əzəli torpaqlarından, yurd-yuvalarından erməni daşnaqlarının vəhşicəsinə qovduğu, didərgin salqığı, öz vətənində qaçqına çevrilmiş, vətənsiz qalmış yüz minlərlə azərbaycanlının acı taleyindən danışılır.
Filmdə 1948-ci ildə həmyerlilərimizin Ermənistandan həyasızcasına qovulmasını, lakin Azərbaycanda təntənə ilə, gül-çiçəklə, "sevinc"lə qarşılanmasını əks etdirən nadir xronikal kadrlardan da istifadə olunmuşdur.


Rejissor : Cahangir Zeynallı
Ssenari müəllifi : Cahangir Zeynallı
Operator : Tofiq Sultanov
Səs operatoru : Kamal Seyidov