Azərbaycanfilm

Kinopovest cinayət axtarışı əməkdaşları tərəfindən qiymətli balıq növlərinin qeyri-qanuni ovlanmasının təhqiqindən, nəinki maddi, həm də mənəvi ziyan vuran brakonyerlərin ifşa olunub həbs edilməsindən danışır. Filmin gənc qəhrəmanları-dəniz sahilindəki qəsəbəyə istirahətə gəlmiş Samir (Samir Bəbirov) və Səbinə (Səbinə Həsənova) istər-istəməz istintaqa kömək edirlər. Burada eyni zamanda şəxsi və ictimai münasibətlər probleminə toxunulur, milis işçilərinin fədakar əməyindən, öz işinə sadiq adamlardan, sabahkı həyata başlayacaq gənclərdən söhbət açılır.


Ssenari müəllifi : Maqsud İbrahimbəyov
Quruluşçu rejissor : Maqsud İbrahimbəyov
Quruluşçu operator : Valeri Kərimov
Quruluşçu rəssam : Fikrət Bağırov
Bəstəkar : Firuz Bahar


Səbinə Həsənova-Səbinə
Samir Bəbirov-Samir
Zemfira Sahilova-Zemfira xanım
Rəsmi Cəbrayılov-Rəsmi
Natiq Rəsulzadə-Müstəntiq Natiq
Rafiq Qasımov-Rafiq
Nodar Şaşıqoğlu-Nodar
Naib Rəsulov-Milis nəfəri
Larisa Xələfova-Larisa
Məlik Dadaşov-Milis podpolkovniki
Tələt Rəhmanov-Davud
Gümrah Rəhimov-Sürücü
Mirzə Babayev-Müğənni
Oqtay Mirqasımov-Rayon Prokuroru
E. Quliyev
D. Əsədov
D. Süleymanov
Yusif Əlizadə(Yusif Əliyev kimi)-Milis işçisi
Mahirə Yaqubova-rəfiqə (titrlərdə yoxdur)