Azərbaycanfilm

Film­də Azər­bay­can şai­ri Nizami Gəncəvi döv­rün­dən bu gü­nü­mü­zə qə­dər olan klas­sik sə­nət­kar­la­rın əsər­lə­ri­nin ek­ran hə­ya­tı ya­şa­ma­sı və mu­si­qi­lər­də səs­lən­di­ril­mə­si əsas ola­raq gös­tə­ril­miş­dir. Bu­ra­da Müslüm Maqomayevin "Şah İs­ma­yıl" ope­ra­sı­nın ya­ran­ma ta­ri­xin­dən be­lə söz açı­lır.
Qobustan, İçərişəhər, Atəşgah, İn­cə­sə­nət Mu­ze­yi, Şir­van­şah­lar Mu­ze­yi və di­gər mən­zə­rə­li, ta­ri­xi əhə­miy­yət kəsb edən abi­də­lər film bo­yu təq­dim olu­nur. Ey­ni za­man­da, Gəncə, Şəki, Naxçıvan, Qazax­la bağ­lı gö­rün­tü­lər də fil­mə da­xil olun­muş­dur. Bu böl­gə­lə­rin ta­ri­xi­ni əks et­di­rən abi­də­lə­rə üs­tün­lük ve­ril­miş­dir.
Film­də Azər­bay­ca­nın klas­sik mu­si­qi­çi­lə­ri­nin Qara Qarayevin, Üzeyir Hacıbəyovun, Fikrət Əmirovun əsər­lə­rin­dən is­ti­fa­də olun­muş­dur. Ey­ni za­man­da, iki pia­no­çu­nun ifa­sın­da gö­zəl mu­si­qi nöm­rə­lə­ri də səs­lən­di­ri­lir. Vaqif Mustafazadə­nin kadr ar­xa­sı "Dü­şün­cə" və Murad Hüseynovun ifa­sın­da "Sa­rı gə­lin" əsər­lə­ri təq­dim olu­nur.


Ssenarist: Rəhman Bədəlov
Rejissor: Ziya Şıxlinski
Operator: Adil Abbas
Prodüser: Cavid İmamverdiyev