Azərbaycanfilm

Qızıl uçurum (film, 1980)
XIX əsrin sonu. Bakıda neft sənayesi yaranır... Kasıb Cəlil(Əliabbas Qədirov) taleyin hökmü ilə neft sahibkarlarından biri olur. Lakin gözlənilmədən əldə olunan var-dövlət Cəlilə xoşbəxtlik gətirmir. Zəhmətsiz qazanılmış milyonlar onu yoldan çıxarır, pullarını göyə sovurur, mənəvi iflasa uğrayır. O, tədricən dostlarını, evini, ailəsini itirir, özü də məhv olur...
Filmdə pulun hakim olduğu cəmiyyətin iç üzü, eybəcərlikləri, bu cəmiyyətin insanların həyatına göstərdiyi təsir, onun nümayəndələrinin əxlaq və mənəviyyatındakı ziddiyyətlər öz əksini tapmışdır.

Rejissor: Fikrət Əliyev
Əsərin müəllifi: İbrahim bəy Musabəyov
Ssenari müəllifi: Mirzəağa Atəş
Operator: Valeri Kərimov, Kənan Məmmədov
Rəssam: Kamil Nəcəfzadə, Arif Əbdürrəhmanov
Bəstəkar: Cahangir Cahangirov

Rollarda: Əliabbas Qədirov - Cəlil, Həmidə Ömərova - Şəfiqə, Hamlet Xanızadə - Lütfəli bəy, Yelena Qabets - Ağbəniz, Məmmədrza Şeyxzamanov - Qurban, Həsənağa Turabov - Usta BağırSadıq Hüseynov - Əhməd, Şamil Süleymanov - Əziz

Janr: dram
İlk baxış tarixi: 11 mart, 1981
Filmin digər adı: Neft və Milyonlar Səltənətində
Dil: Azərbaycan dili
Ölkə: Azərbaycan
İstehsalçı qurum: "Azərbaycanfilm" Kinostudiyası
Filmin növü: tammetrajlı bədii film
Rəng: rəngli
Vaxt: 76 dəq.
İl: 1980