Azərbaycanfilm

Burada keçmiş SSRİ-nin paytaxtında general ailələrindən birində baş verən faciəli hadisədən danışılır. Ailənin timsalında o vaxtkı sovet cəmiyyətinin modeli verilmişdir.
General Mixail Romanoviçin (Yuri Yakovlev) beynəlmiləl ailəsində faciə baş verir. Onun qızlarından biri (Olqa Bulanova) şəhər kənarındakı bağında qətlə yetirilir. Təhqiqat materiallarına əsasən generalın sürücüsü Raufdan (Fəxrəddin Manafov) şübhələnirlər. Amma sonra məlum olur ki, qızı öz bacısı (Tatyana Lyutayeva) qətlə yetiribmiş... Bu çirkin ailə əhvalatını ört-basdır etmək üçün filmin personajları dəridən-qabıqdan çıxırlar. Bir dam altında yaşamalarına baxmayaraq ailə faktiki olaraq dağılır.
Film qəhrəmanların başına gələn bəla nəticəsində şəxsiyyətin mənəvi böhranını açıb göstərir.


Əsərin müəllifi : Jorj Simenon
Ssenari müəllifi : Rüstəm İbrahimbəyov
Quruluşçu rejissor : Rasim Ocaqov
Quruluşçu operator : Kənan Məmmədov
Quruluşçu rəssam : Rafiz İsmayılov, S. Portnoy
Bəstəkar : Emin Sabitoğlu


Tatyana Lyutayeva- Lena
Fəxrəddin Manafov- Rauf
Aleksey Bloxin- Adik
Donatas Banionis- müstəntiq
Yuri Yakovlev- Mixail Romanoviç
Elina Bıstritskaya- Kira Aleksandrovna
Olqa Bulanova- Daşa
İvars Puqa-Andris
Viktor Proskurin-qonşu Şurik
Andrey Şotin- Saşa