Azərbaycanfilm

Qanun naminə (film, 1968)

Kinolentdəki hadisələr 1930-cu illərdə Azərbaycan rayonlarının birində cərəyan edir, o dövrün hüquq-mühafizə orqanlarının gərgin fəaliyyətindən danışır. Rayonların birinə işləməyə gəlmiş prokuror(Bimbolat Vatayev) qatı cinayətlər törədənlərə qarşı mübarizədə öz həyatını qurban verməli olur.

Rejissor: Muxtar Dadaşov
Əsərin müəllifi: Süleyman Rəhimov
Ssenari müəllifi: Muxtar Dadaşov
Operator: Əlihüseyn Hüseynov
Rəssam: Cəbrayıl Əzimov
Bəstəkar: Fərəc Qarayev

Rollarda: Bimbolat Vatayev - Mehman, Rza Təhmasib - Qaloş, Adil İsgəndərov - Kamilov, Mustafa Mərdanov - Murtuzov, Flora Kərimova - Züleyxa, Nəcibə Məlikova - Zərintac, Rza Əfqanlı -Vahidov, Nəsibə Zeynalova - Şəhla xanım və Qarı nənə, Hacıbaba Bağırov - Arif, Əliağa Ağayev - Məmmədxan

Janr: Dram, cinayət

İlk baxış tarixi: 28 mart 1969
Filmin digər adı: Mehman
Dil: Azərbaycan dili
Ölkə: Azərbaycan
İstehsalçı qurum: "Azərbaycanfilm" Kinostudiyası
Filmin növü: Tammetrajlı Bədii Film
Rəng: Ağ-Qara
Vaxt: 97 dəq.
İl: 1968