Azərbaycanfilm

Film XVI əsr Azərbaycan ədəbiyyatının dahi nümayəndəsi, dünya şöhrətli şair Məhəmməd Füzulinin vəfatının 400 illiyinə ithaf olunmuşdur.
Filmdə Hüseynqulu Sarabski, Cabbar Qaryağdıoğlu kimi böyük sənət xadimləri çıxış edir. Xüsusən unudulmaz aktyor Kazım Ziyanın ifasında şairin lirikası səslənir.
Film Vətənimizin qədim tarixi abidələrini, mənzərələrini göstərən kadrlarla başlayır. Sonra karvan gedən səhra, Kərbəla, Bağdad şəhərlərinin panoramı ekranda görünür. Füzulinin ata-babasının Azərbaycandan İraqa köçməsi, şairin Kərbəlada anadan olması və yaradıcılığı barədə diktor izahat verir.
Filmdə xalqın şairə bəslədiyi böyük sevgiyə, Bakı və Moskvada keçirilən xatirə gecələrinə, xarici qonaqların bu mərasimlərdə iştirakına geniş yer verilmişdir. Biz filmdə həmçinin şairlərin, memarların, bəstəkarların, rəssamların böyük şairə həsr etdikləri ən yaxşı əsərləri ilə də tanış oluruq.


Rejissor : Niyazi Bədəlov
Ssenari müəllifi : Süleyman Vəliyev, Niyazi Bədəlov, Boris Seytlin
Operator : Seyfulla Bədəlov, Rasim Ocaqov
Rəssam : Nadir Zeynalov
Musiqi Tərtibatı : German Krupkin
Səs operatoru : İqor Popov