Azərbaycanfilm

"Ad günü"ndəki Mustafa(Hacı İsmayılov) nə edir, hansı qayğılarla yaşayır? Bu filmdə həmin o kasıb coğrafiya müəllimi Mustafa həyat yoldaşının təhriki ilə olan-olmazını satıb borc-xərclə Türkiyəyə həm qohumunu(Həsən Məmmədov) görməyə, həm də alverə gedir. Bazar iqtisadiyyatının qanunlarından xəbəri olmayan bu adamın işləri uğursuz olur. Lakin düşdüyü bu tragikomik vəziyyətdə belə o öz insani-ləyaqətini qoruyub saxlaya bilir.Film adında bir daha xatırlansa da müəlliflər ticarət, alverlə bağlı problemlərimizə qətiyyən toxunmamışlar. Çünki məqsəd alveri, alverçiləri tənqid etmək deyil, sadəcə Mustafa kimilərin timsalında belə müdrik kəlamı bir daha xatırlatmaqdır: "Həyatda hər kəsin öz ruzisi, öz qisməti olur". Filmdəki hadisələr əsasən Şəkidə və İstanbulda cərəyan edir.


Ssenari müəllifi : Rüstəm İbrahimbəyov
Quruluşçu rejissor : Rasim Ocaqov
Quruluşçu operator : Rafiq Qəmbərov
Quruluşçu rəssam : Rafiq Nəsirov
Bəstəkar : Emin Sabitoğlu


Hacı İsmayılov-Mustafa
Nuriyyə Əhmədova-Nuriyyə
Rasim Balayev-Davud
Həsən Məmmədov-Əlimurad
Niyazi Əhmədov-Çingiz
Fərman Abdullayev-Nazim
Nərminə Həsənova-Ayan
Sədayə Mustafayeva-Suğra
Cahangir Novruzov-Sabir
Nəsir Sadıqzadə-Mustafanın qonşusu
Qəmər Məmmədova
Məmməd Verdiyev-Türk
R. Yunusov
Nazir Əliyev-Türk satıcı
Muxtar Maniyev-Muxtar
Əliqulu Səmədov-Türk satıcı
Süleyman Əhmədov-Türk restoran işçisi
Arif Kərimov-Türk polis
Yusif Əlizadə
Xanlar Həşimzadə-Satıcı (titrlərdə yoxdur)
Nazir Rüstəmov-İnzibatçı