Azərbaycanfilm

Film daim qarşısına çıxanı qəzəbləndirən və sataşan axmaq və dəcəl ulaq haqqında söhbət açır. Lakin o təhlükə qarşısında qalanda və onun hərəkətlərindən cana doymuş canavar hirslənib ulağı yemək istəyəndə incidilmiş qoyunlar, keçilər və kirpi onun müdafiəsinə qalxırlar.
Ulaq nəhayət başa düşür ki, xeyirxah və qayğıkeş olmaq lazımdır, hər hansı bir pislik gec və ya tez cəzalandırılır.


Ssenari müəllifi : Kamal Aslanov
Rejissor : Nazim Məmmədov
Quruluşçu rəssam : Bəhmən Əliyev
Operator : Antonina Korotnitskaya
Bəstəkar : Oqtay Rəcəbov