Azərbaycanfilm

Film-konsert janrında çəkilmiş film incəsənət ustalarının Azərbaycan Respublikası zəhmətkşlərinə yaradıcılıq hesabatıdır. Bəstəkarlardan Üzeyir Hacıbəyov, Müslüm Maqomayev, Qara Qarayev, Tofiq Quliyev, Soltan Hacıbəyov və Əfrasiyab Bədəlbəylinin əsərləri, "Koroğlu" və "Nərgiz" operalarından, "Yeddi Gözəl", "Qız Qalası", "Gülşən" baletlərindən fraqmentlər, xalq yaradıcılığı nümunələri filmə daxil edilmişdir.

Ssenari müəllifi : Həsən Seyidbəyli
Quruluşçu rejissor : Yan Frid, Hüseyn Seyidzadə
Baş operator : Əlisəttar Atakişiyev
Operator : Xan Babayev, Teyyub Axundov
Rəssam : Cəbrayıl Əzimov, Elbəy Rzaquliyev, A. Freyd
Bəstəkar : Niyazi