Azərbaycanfilm

Film dahi Azərbaycan şairi Məhəmməd Füzulinin yadigarı-qəzəlxan, lirik şair Əliağa Vahidə həsr olunmuşdur.
Burada vahid bir süjet xətti yoxdur. Buna baxmayaraq şairin həyatı xronoloji ardıcıllıqla izlənilir. Müəlliflər Vahidi əhatə edən adamların da adlarını dəqiq göstərmirlər. Onlar ustad şairin çətin keçən həyat yolunun ayrı-ayrı məqamlarını lentə almaqla onun ümumiləşdirilmiş bədii obrazını yaratmağa çalışmışlar.

Ssenari Müəllifi : Şahmar Ələkbərov
Quruluşçu rejissor : Şahmar Ələkbərov
Mahnı İfa edən : Səkinə İsmayılova
Musiqiçilər : Malik Mansurov(Məlik Mansurov kimi), Elşən Mansurov, Möhlət Müslümov(Mövlət Müslümov kimi), Fəxrəddin Dadaşov
Quruluşçu operator : Rafiq Əliyev
Quruluşçu Rəssamlar : Rafiq Nəsirov, Elbəy Rzaquliyev
Bəstəkarlar : Ramiz Mirişli, Nazim Mirişli