Azərbaycanfilm

Film SSRİ Xalq Artisti, kinorejissor Əjdər İbrahimovun həyat və yaradıcılığı haqda bioqrafik süjetə malikdir. Filmdə əsas xətt olaraq, Ə.İbrahimovun xatirələrindən istifadə olunmuşdur və həmin xatirələr film boyu onun yaradıcılıq yolu ilə paralel olaraq diktor mətni ilə səsləndirilmişdir.
Ə.İbrahimovun doğulduğu Aşqabad şəhərində keçirdiyi gənclik illəri, müharibədən sonra Moskvada Ümumittifaq Dövlət Kinematoqrafiya İnstitutunda təhsil aldığı dövr, Aşqabad və Bakı Kinostudiyalarında, daha sonra isə "Mosfilm" kinostudiyasındakı fəaliyyəti, Vyetnam kinosunun yaradılmasında əvəzolunmaz rolu, habelə onun insani keyfiyyətləri filmin süjet xəttini təşkil edir. Filmdə onun həyat yoldaşı, tələbəlik dostları, iş yoldaşları, görkəmli kino xadimləri Ə.İbrahimov haqda xatirələrini danışırlar.



Ssenari müəllifi : Marqarita Maleyeva
Rejissor-Operator : Nizami Abbas
Montaj Rejissoru : Mübariz Nağıyev
Səs operatoru : Anar Quliyev (II)
Musiqi redaktoru : Rauf Əliyev
Redaktor : Nəriman Əbdülrəhmanlı
Prodüser : Xanlar Cəfərov
Mətni Oxuyan : Rasim Balayev (azərbaycan variantı), Rafiq Hüseynov (rus variantı)