Azərbaycanfilm

Film kiçik yaşlı uşaqlar üçün nəzərdə tutulmuşdur. Burada Azərbaycan xalq nağılının məşhur qəhrəmanının bizim günlərdə başına gələn yeni əyləncəli sərgüzəştlərindən söhbət açılır. Filmdə xalq folklorunun fantastik motivləri ilə müasirlik bir-birini tamamlayır.
İnsan düşüncəsinin məhsulu olan nəhəng müasir texnika bəşər övladına həmişə kömək etməyə hazırdır. Budur, əfsanəvi Simurq quşu və xalça-təyyarə sehrli yumağın arxasınca nə qədər uçurlarsa da xeyri olmur, onu tuta bilmirlər. Köməyə güclü və xeyirxah raket gəlir. O, sehrli yumağı tutub balaca Cırtdana qaytarır.


Ssenari müəllifi : Fikrət Sadıq
Rejissor : Nazim Məmmədov, Bəhmən Əliyev
Quruluşçu rəssam : Kamil Nəcəfzadə
Operator : Aleksandr Milov
Bəstəkar : Oqtay Zülfüqarov


Amaliya Pənahova-Simurq quşu
Məmmədrza Şeyxzamanov-Uçan xalça