Azərbaycanfilm

Qəribə əhvalat (film, 1960)

Filmdə spirtli içki həvəskarları tənqid olunur və gülüş atəşinə tutulur.

Kinofelyetonun qəhrəmanı Kefçilov (Lütfəli Abdullayev) sərxoş vəziyyətdə hamama getmək əvəzinə Gəncə şəhərinə yola düşən qatara minir. Bundan sonra o, çoxlu xoşagəlməz hadisələrlə qarşılaşır. Nəhayət əmin olur ki, belə həyat tərzi heç kimə xeyir gətirə bilməz.

Rejissor: Şüa Şeyxov
Ssenari müəllifi: Məmmədsadıq Allahverdiyev, Y. Sadovski
Operator: Əsgər İsmayılov
Rəssam: Cəbrayıl Əzimov
Bəstəkar: Vasif Adıgözəlov

Rollarda: Lütfəli Abdullayev - Kefçilov, Barat Şəkinskaya - Tükəzban, Bəşir Səfəroğlu - Cəmil, Məleykə Ağazadə - Fəridə, Kamil Qubuşov-Mürşüd, Əminə Nağıyeva - Balaca xanım

Janr: komediya
Dil: Azərbaycan dili
Ölkə: SSRİ
İstehsalçı qurum: Azərbaycanfilm
Rəng: ağ-qara
Vaxt: 20,5 dəq.