Azərbaycanfilm

Kino əsəri cəmiyyətimizin mənəvi həyatı ilə bağlı aktual məsələlərə toxunur. Uşaq evində tərbiyə alıb boya-başa çatmış, həyatda ilk addımlarını atarkən gözlənilmədən dramatik vəziyyətə düşən iki sevən gəncin ülvi məhəbbət əhvalatı filmin mərkəzində durur. Burada dostluq, sədaqət, kollektivizm hissi kimi mənəvi dəyərlərdən söhbət gedir. Yalnız qarşılıqlı kömək, güzəştə getməmək, ədalətin zəfər çalacağına qəti inam gənc qəhrəmanlara düşdükləri çətin vəziyyətdən birgə çıxış yolu axtarıb tapmağa kömək edir.
Gənclər tikintidə çalışırlar və qarşılarına çıxan çoxlu çətinlikləri ləyaqətlə aradan qaldırırlar.


Mehriban Xanlarova — Sarıköynək
Kamil Zöhrabov — Valeh
Həsən Məmmədov — Muradzadə
Hamlet Xanızadə — Məcidov
Ramiz Məlikov — Yusifov
Əhməd Salahov — Rövşən
Rafiq Əzimov — Musa