Azərbaycanfilm

Filmdə spirtli içki həvəskarları tənqid olunur və gülüş atəşinə tutulur.

Kinofelyetonun qəhrəmanı Kefçilov (Lütfəli Abdullayev) sərxoş vəziyyətdə hamama getmək əvəzinə Gəncə şəhərinə yola düşən qatara minir. Bundan sonra o, çoxlu xoşagəlməz hadisələrlə qarşılaşır. Nəhayət əmin olur ki, belə həyat tərzi heç kimə xeyir gətirə bilməz.

Ssenari müəllifi: Məmmədsadıq Allahverdiyev (Məmmədsaleh Allahverdiyev kimi), Y. Sadovski
Rejissor: Şüa Şeyxov
Operator: Əsgər İsmayılov
Rəssam: Cəbrayıl Əzimov
Bəstəkar: Vasif Adıgözəlov