Azərbaycanfilm

Matteo Falkone (film, 1960)

Kinolent vətənpərvərlik, öz xalqına sədaqətli olmaq, xarici işğalla barışmamaq kimi yüksək insani hisslərdən danışır.
Matteo (Nodar Şaşıqoğlu) arvadı Cüzeppa (Tamilla Ağamirova) və yeganə oğlu Fortunato (Ceyhun Mirzəyev) ilə kiçik bir kənddə sakit bir həyat tərzi keçirirlər. Lakin həbsdən qaçan siyasi məhbus Cannettonun (Tofiq Tağızadə) onların kəndində gizlənməsi ilə bu sakitlik pozulur, Matteonun ailəsində faciə baş verir..

Rejissor: Tofiq Tağızadə
Əsərin müəllifi: Prosper Merime
Ssenari müəllifi: N. German, Tofiq Tağızadə
Operator: Rasim Ocaqov
Rəssam: Kamil Nəcəfzadə
Bəstəkar: Qara Qarayev

Rollarda: Nodar Şaşıqoğlu - Matteo Falkone, Tamilla Ağamirova- Cüzeppa, Ceyhun Mirzəyev - Fortunato

Janr:Qısametrajlı, dram

Filmin digər adı: Mateo Falkone
Dil: Azərbaycan dili
Ölkə: Azərbaycan
İstehsalçı qurum: Azərbaycanfilm
Filmin növü: qısametrajlı bədii film
Rəng: ağ-qara
Vaxt: 19 dəq.
İl: 1960