Azərbaycanfilm

Film Avropadan qayıdandan sonra öz milli adət-ənənələrimizə yuxarıdan aşağıya baxan həmvətənlərimiz haqqındadır.
Əlibala (Fərman Şəkili) azərbaycanlı olduğunu danır, fransızca danışmağa başlayır. Onu yola gətirmək üçün hər yola müraciət edirlər, bir xeyri olmur. Sonradan məlum olur ki, Əlibala hələ sünnət olunmayıb. Məcburi sünnət elədikdən sonra Əlibala çevrilib olur müsəlman, azərbaycanlı.


Ssenari müəllifi : Əmir Pəhləvan, Vaqif Mustafayev
Quruluşçu rejissor : Vaqif Mustafayev
Quruluşçu operator : Rafiq Quliyev
Quruluşçu rəssam : Hüseyn Haqverdiyev, Elxan Muradov
Bəstəkar : Xəyyam Mirzəzadə


Zərnigar Ağakişiyeva-Zərnigar
Fərman Şəkili (Fərman Abdullayev kimi)-Əlibala
Ucal Haqverdiyev-Tərcüməçi
Yaşar Nuri (Yaşar Nuriyev kimi)-Atabala
Səidə Quliyeva-Əlibalanın nişanlısı
Nuriyyə Əhmədova-Atabalanın arvadı
İlyas Tapdıq-Şair
Ağasəlim Çıldağ-Meyxana ustası
Muxtar Maniyev-Sünnətçi
Hüseyn Muradov-Sünnətçinin köməkçisi
Şamil Mahmudbəyov-Dayı
Mənsur Məmmədov-Atabalanın atası
Arif Qasımov-Dədə Qorqud
Arif Kərimov-Psixiatr
Novruz Məmmədov-Fransa səfirliyinin əməkdaşı
Vaqif Mərdəkani-Klarnet çalan
Mamuka Kikaleyşvili-Müğənni
Firuz Xudaverdiyev-Millət vəkili (titrlərdə yoxdur)
Vaqif Mustafayev-Rejissor (titrlərdə yoxdur)
Xəyyam Mirzəzadə-Bəstəkar (titrlərdə yoxdur)