Azərbaycanfilm

Səbuhi (film, 1941)

Film Azərbaycan maarifçisi, dramaturqu və filosofu Mirzə Fətəli Axundovun həyat və fəaliyyətindən bəhs edir. Burada Mirzə Fətəli öz xalqının sədaqətli oğlu, dövrünün qabaqcıl ideyaları uğrunda alovlu mübariz kimi göstərilmişdir.

Film Axundovun həyatının vacib detallarını göstərir: əlifba islahatı üçün Türkiyəyə səfəri, ilk tamaşa, xalqın maariflənməsi üçün verdiyi çabalar, mübarizə...

Filmin əsas məziyyətlərindən biri budur: müəlliflər Axundov vasitəsilə xalqı ətalətdən, kədərdən, bədbinlikdən çırpılıb hərəkətə, mübarizəyə səsləyir

Ssenari müəllifi : Mikayıl Rəfili
Quruluşçu rejissor : Rza Təhmasib
Quruluşçu operator : Dmitri Feldman
Operator : Əsgər İsmayılov
Bəstəkar : Tofiq Quliyev
Rəssam (eskizlər) : V. Kaplunovski
Səs operatoru : Ağahüseyn Kərimov
Qrim rəssamı : Georgi Parisaşvili
Rejissor assistenti : M. Y. Volodin, Qəmər Salamzadə, Aleksandr Popov
Montaj üzrə Assitent : Zeynəb Kazımova
Filmin direktoru : İ. Beqak, Teymur Hüseynov
Geyim rəssamı : İsmayıl Axundov
Rejissor Köməkçisi : M. Hüseynov
Operator assistenti : Leonid Koretski
Mahnı İfa edən : Zülfü Adıgözəlov

Rolarda: İsmayıl Dağıstanlı - Axundov, Hüseynqulu Sarabski - Aşıq Səttar, Kazım Ziya - Şeyx Əli, Leyla Bədirbəyl - Tubu, Ələsgər Şərifov - Mirzə Şəfi, Ağadadaş Qurbanov - Bakıxanov, Möhsün Sənani - Vano, L. M. Xotivari - Orbeliani, K. Pipinaşvili - Abovyan, L. Alekseyev - İvan, Vladimir Belokurov - Bestujev, Anatoli Smiranin - Roqov, Xeyri Əmirzadə - Rəcəb,İsmayıl Əfəndiyev - Rza, Ə. Həsənov-Adıgözəl, N. Perestiani -Knyaz Vorontsov, Əli Qurbanov - Ağalarov, Əhməd Qəmərlinski, Rza Darablı, Mustafa Mərdanov - Akademiya Rəisi, Hacıməmməd Qafqazlı, Mirvari Novruzova - Gülüş, M. Kazavetti Baron Rozen, Vasili Nikolski - İdarə Rəisi, Rüstəm Kazımov - Şeyxülislam,Ə. Abbasov - Nuxalı Qoca