Azərbaycanfilm

Film yeniyetmələr üçün nəzərdə tutulmuşdur. Lakin hər bir uşaq filmi yaşlı tamaşaçıya da ünvanlanır. Burada 15 yaşlı Arifin (Natiq Abdullayev) və onun dostlarının yeniyetmə xarakterlərinin formalaşmasından, şüurlarının özünütəsdiqindən danışılır.Arifin atası Nadir (Hamlet Xanızadə) gəmidə kapitan işləyib və günlərin birində vəzifəsini yerinə yetirərkən həlak olub. Anası (Şükufə Yusupova) həkimdir. O, iki oğlunu təkbaşına böyüdür. Arifin dayısı Cümşüd (Şahmar Ələkbərov) əczaçıdır, aptekdə işləyir və bacısının övladlarının qayğısına qalır. Arif xilasedicilər dərnəyində məşqlərə gedir, amma sudan qorxur. Buna görə də məşqçi (Rafiq Əliyev) onu dərnəkdən qovur. Arif bununla barışa bilmir. O, hər kəsə üsyan edir, müəlliminə, anasına, onların qayğısını çəkən, evlərində sözü keçən, maddi ehtiyaclarını ödəyən dayısına. Arif qərara gəlir ki, özü pul qazansın, müstəqil olsun, atası kimi gəmidə işləsin. Anası buna etiraz eləsə də, Arif fikrindən dönmür.Əhvalatda eyni zamanda sevgi xətti də işlənilib. Arif qonşu qız Nailəyə (Ayan Mirqasımova) vurulur. Nailə xalasının yanında dincəlir, o, bağdan gülləri yığaraq, adamların gur olduğu yerlərdə satır, amma ucuz qiymətə. Bununla da vağzalda gül satan alverçilərə maneçilik törədir. Gülsatan arvadlar Nailəni döymək istəyəndə Arif onu müdafiəyə qalxır. Bu, onların arasında sevgi münasibətinin yaranmasına gətirib çıxarır.


Ssenari müəllifi: Asim Cəlilov
Rejissor: Gülbəniz Əzimzadə
Operator: Valeri Kərimov
Rəssam: Rafiz İsmayılov
Bəstəkar: Aqşin Əlizadə


Natiq Abdullayev — Arif
Şahmar Ələkbərov — Cümşüd
Valeri Rıjakov — Jenya
Dadaş Kazımov — Ağakərim
Şükufə Yusupova — Firuzə
Ayan Mirqasımova — Nailə
Mübin Axundov — Muxtar
Teymur Kərimov — Şəmsi
Hamlet Xanızadə — Nadir
Rafiq Əliyev — Əhməd