Azərbaycanfilm

Film əsrin yaşıdı olan qocaman foto ustası, Azərbaycanın ilk peşəkar fotoqrafı Mircavad Axundzadənin sənət dünyası haqqında danışır.
Kiçik yaşlarından fotoya həvəs göstərən Mircavad Axundzadə şəhərdə mətbəədə işləyən atasının yanına tez-tez gedərmiş. Burada Lifşits soyadlı bir alman uşağın marağını görüb ona fotoaparat bağışlayıb və Mircavad 9 yaşında (1918-ci ildə) ermənilərə qarşı vuruşan bir qrup silahlı maştağalının şəklini çəkib. Məşhur fotoqrafın şəkilləri və neqativləri hazırda arxivlərdə qorunur.


Ssenari müəllifi: Nəriman Əbdülrəhmanlı
Rejissor: Şamil Nəcəfzadə
Operator: Nizami Abbas