Azərbaycanfilm

Filmdə min il bundan əvvəl olmuş hadisələr, Qobustanda məskunlaşmış ən qədim tayfalar haqqında danışılır. Vaxtilə burada hər şey birmənalı olmuşdur: qəzəb də, məhəbbət də, səmimilik də. Sadəlövhlük, hisslərin açıq biruzə verilməsi amansızlıqla qaynayıb, qarışmışdı. İnsan qəlbinin mürəkkəbliyi və onun dərinliklərində gedən təlatümlər qorxu və düşmənçilik hisslərini qüvvətləndirdi...
Müəlliflər göstərmək istəmişlər ki, həyatda hər şey məhv olsa da sənət yaşayır, əbədi olaraq insanlara sevinc və ilham bəxş edir.


Əsərin Müəllifi : Rüstəm Babaxanov
Ssenarinin Müəllifi : Həsən Seyidbəyli
Rejissor : Əsgər Məmmədov
Rəssam : Elçin Axundov
Operator : Ramiz Ağayev
Bəstəkar : Aqşin Əlizadə