Azərbaycanfilm

Ögey ana (film, 1958)

Filmdə yeni ailə münasibətlərindən, tərbiyə məsələlərindən, ögey ananın (Nəcibə Məlikova) doğmalığından, onu ana kimi qəbul etmək istəməyən balaca İsmayılın[4] (Ceyhun Mirzəyev) kövrək qəlbini məhəbbətlə, xeyirxahlıqla necə ələ ala bilməsindən söhbət açılır. Filmdəki hadisələr Azərbaycanın İsmayıllı rayonunun Buynuz kəndində cərəyan edir.

Rejissor: Həbib İsmayılov
Ssenari müəllifi: Həbib İsmayılov, Anna Yan
Operator: Xan Babayev
Rəssam: Elbəy Rzaquliyev, Məmməd Hüseynov
Bəstəkar: Tofiq Quliyev

Rollarda: Nəcibə Məlikova — Dilarə, Fateh Fətullayev — Arif, Həqiqət Rzayeva — Qəmər, Ceyhun Şərifov — Dadaş, Əzizə Məmmədova — Solmaz, Hacımurad Yegizarov — Ayaz, Ələsgər Ələkbərov — Hüseyn dayı, Nəsibə Zeynalova — Fatmanisə, Şəfiqə Qasımova — Zeynəb, Ceyhun Mirzəyev — İsmayıl, S. Axundova — Cəmilə

Janr: dram, macəra, uşaq

İlk baxış tarixi: 9 dekabr 1958[1]
Dil: Azərbaycan dili
Ölkə: Azərbaycan
İstehsalçı qurum: Bakı Kinostudiyası
Filmin növü: tammetrajlı bədii film
Rəng: ağ-qara
Vaxt: 81,5 dəq.
İl: 1958
Texniki məlumatlar: 9 hissə