Azərbaycanfilm

Film hərbi-vətənpərvərlik mövzusundadır. Romantik filmdə Qarabağın azadlığı uğrunda erməni qəsbkarlarına qarşı aparılan müharibədə yaşlılarla bərabər məktəbli oğlanın da qəhrəmanlıqla vuruşmasından söhbət gedir. Film tamaşaçıları fədakarlığa, vətənpərvərliyə çağırır.Filmin qəhrəmanı nağıllar aləmində yaşayan, tez-tez nənəsinin danışdığı nağılları yada salan 12-13 yaşlı Muraddır (Abbasqulu Əbluc). Onun ən çox sevdiyi "Ağ atlı oğlan" nağılıdır. Bu nağılın qəhrəmanı hər dəfə ağ paltarda, ağ atda gözlənilmədən meydanda görünəndə xalq ədalətin, xeyrin şər üzərində qələbəsinin şahidi olur. Və günlərin birində Qarabağ uğrunda döyüşlərdə Murad da öz ağ tankında meydanda görünür...Film nikbin sonluqla bitir. Çünki romantik qəhrəman Azərbaycanın rəmzi səviyyəsinə qaldırılır. Bu qəhrəman Azərbaycan xalqının möhkəm iradəsini, ölməzliyini bir daha nümayiş etdirir.


Rejissor: Ənvər Əbluc
Ssenarist: İsi Məlikzadə, Ənvər Əbluc
Operator: Rafiq Əliyev, Rövşən Quliyev
Rəssam: Nizami Bəydəmirov
Bəstəkar: Oqtay Rəcəbov


Abbasqulu Əbluc — Murad
Sədayə Mustafayeva — Mirvari nənə
Orxan Nadirov — Rəşad
Yaşar Nuri — Əbdül
Ruslan Nəsirov — Cəfər
Dilarə Nəzərova — Səidə
Səidə Səfərova — Günay
Xumar Əhədova — Xumar
Laləzar Mustafayeva — Şəhla
Elxan Quliyev — Şahin
Məzahir Ağayev — komandir