Azərbaycanfilm

Azərbaycan torpağında, Qarabağda müharibə gedir. Bu müharibədə öz Vətənini erməni işğalçılarından müdafiə etməyə getmiş xalqımızın ən yaxşı oğulları şikəst olur, həlak olur, itkin düşürlər...

Adı bəlli olmayan adi bir əsgərin qəhrəmanlıq rəmzinə çevrilməsi filmin əsas süjet xəttini təşkil edir. Filmdə o adamlardan bəhs olunur ki, müharibə onların taleyini şikəst edib. Filmdəki hadisələr cəbhə xəttində deyil, Bakıda hərbi xəstəxanada bir sutka ərzində cərəyan edir. Müəlliflər burada mənəvi problemlərə toxunmuşlar. Filmin adından da göründüyü kimi, müəlliflər demək istəmişlər ki, xalq başının üstünü almış bəlalardan qurtarmaq üçün özündə qüvvə tapacaq, hər cür çətinlikləri dəf edəcəkdir.


Əsərin müəllifi: Rövşən Almuradlı, Elman Şeydayev
Ssenari müəllifi: Orxan Fikrətoğlu
Quruluşçu rejissor: Gülbəniz Əzimzadə
Quruluşçu operator: Rafiq Quliyev, Mixail Xarçenko
Quruluşçu rəssam: Mayis Ağabəyov
Geyim rəssamı: Vaqif Mustafayev
Bəstəkar: Aydın Əzim Kərimoğlu


Məmmədkamal Kazımov-Qoca
Məmməd Səfa-Qardaşını axtaran
Muxtar İbadov-Papaqlı kişi
Şükufə Yusupova-Ana
Ulduz Kazımova
Əminə Yusifqızı-Baş həkim
Fuad Poladov-Cəbhə hərbi həkimi
Ramiz Məlikov
Qalina Quseva-Rus qadın
Ramiz Novruzov-Molla
Mehriban Zəki-Jurnalist qız
Məfkurə Məhərrəmova-Həkim
Samir Ələsgərov
Aslan Şirinov
Aqil Quliyev-Kor əsgər
Rafiq Əliyev (II)-natiq
Süleyman Əhmədov-Qapıçı
Kazım Həsənquliyev-Xəstə əsgər
Elşən Məmmədov
Toğrul Eminov - şəhid oğlu
S. Əliyeva
Kamran Şahmərdanov
Heybət Heybətov
K. Məhərrəmova
A. Davdiyev
Mahir Qafarov
T. Qafarov
S. Qafarov