Azərbaycanfilm

2004-cü ildə qaçqın düşərgəsində yaşayan dəcəl oğlan Səməd yıxılaraq huşunu itirir və keçmişə - 90-cı illərə, müharibə bölgəsinə, əsgərlərin arasına düşür. O burada onların qəhrəmanlığının şahidi və iştirakçısı olur. Oğlan özünə gələndən sonra tamamilə dəyişir.
Filmin ən təsiredici kadrlarından biri qaçqınların özlərinə ev etdikləri vaqonları Səmədin hərəkətə gətirməsidir. Vaqonlar bir-birinə calanaraq hərəkətə başlayır. Rejissor bu yerdə əl-ələ verib nəhayət ki, bu problemi həll etməyin vacib olduğunu göstərməyə çalışmışdır. Eynən bir-birinə calanan və hərəkətə gələn vaqonlar kimi...


Əsərin müəllifi: Sergey Abramov
Ssenari müəllifi: Yusif Şeyxov
Rejissor: Rüfət Əsədov
Operator: Amin Novruzov
Rəssam: Adil Azay, Əziz Məmmədov
Bəstəkar: Xəyyam Mirzəzadə


Fuad Poladov — Malik
Ağamehdi Abidov — Səməd
Azərin — Səmədin anası
Ömür Nağıyev — Amin
Abbas Qəhrəmanov — Ağaəli
Pərviz Məmmədrzayev — Albert
Mikayıl Mikayılov — Rəşid
Leyla Şahvəliyeva — Mariya
Yuri Baliyev — Şmarov
Aydın Əliyev — Qurgen