Azərbaycanfilm

Kinopovest Azərbaycanın iri metallurgiya və kimya mərkəzi Sumqayıtın inşaatçılarına həsr olunmuşdur. Burada adamların yüksək mənəviyyatından, yaradıcı əməyindən, hər bir çətinliyə mətanətlə sinə gərmələrindən bəhs edilir və cəmiyyətdə özünə rahat yer, asan gəlir yolu axtaran bəzi əliəyri, yüngül xasiyyətli tiplər tənqid olunur. Film üç dövrü-müharibədən əvvəlki, II Dünya Müharibəsi və müharibədən sonrakı dinc quruculuq illərini əhatə edir.

Rejissor: Əjdər İbrahimov
Ssenari müəllifi: İmran Qasımov
Operator: Rasim Ocaqov
Rəssam: Elbəy Rzaquliyev
Bəstəkar: Qara Qarayev

Rollarda: Tamilla Ağamirova - Səmayə, Salman Dadaşov- Oqtay, Gündüz Abbasov - Rəcəb, Leyla Bədirbəyli - Xalidə, Sveta Cavadova - Rəna, Nodar Şaşıqoğlu - Mənsur

Janr: Dram,Müharibə

İlk baxış tarixi: 6 fevral 1959
Dil: Azərbaycan dili
Ölkə: Azərbaycan
İstehsalçı qurum: Bakı Kinostudiyası
Filmin növü: Tammetrajlı Bədii Film
Rəng: Ağ-Qara
Vaxt: 71 dəq.
İl: 1958
Texniki məlumatlar: 8 hissə