Azərbaycanfilm

Publisistik araşdırmalar üzərində qurulmuş film bədii və sənədli kinonun sintezindən ibarət olan, bu günümüzlə səsləşən ekran əsəridir. Filmdə görkəmli maarifçi və xeyriyyəçi, Bakı milyonçusu, kapitalist Hacı Zeynalabdin Tağıyevin qızı Sara xanımın acınacaqlı taleyi fonunda keçmişimizə nəzər salınır, ədalətin qələbəsinə, haqqın zəfər çalacağına inam motivləri əks etdirilir.Kinolentdə atasının maarifçilik fəaliyyəti ilə bağlı söhbətlər qızının xatirələri əsasında qurulmuşdur.


Ssenari müəllifi: Ayaz Salayev
Rejissor: Ayaz Salayev
Operator: Yuri Varnovski