Azərbaycanfilm

Köhnə Bakı. Səməd xan çox narahatdır. Arvadı hamilədir. Xana xəbər verirlər ki, uşaq anadan olur, ana isə vəfat edir. Qəzəblənmiş xan uşağa belə baxmayıb əmr edir ki, uşağı saraydan uzaqlaşdırsınlar. Körpə qız təbiətin qoynunda bir qarının evində böyüyür, gözəl bir qız olur. Xan ova çıxarkən qızı Gülnarla (Sofiya Jozeffi) rastlaşır, onu tanıyır. Qızını saraya gətirir, Gülnarın sevdiyi oğlanı da (İsmayıl Hidayətzadə) saraya çağırırlar. Gülnar anasının libaslarını geyinərkən xanda şəhvət hissi oyanır. O, Gülnarın simasında vəfat etmiş arvadını görür. Hisslərini cilovlaya bilməyən ata nəhayət, ürəyini qızına açır. Gülnar bu biabırçılığa dözməyib xanın onun üçün tikdirdiyi Qız qalasından özünü dənizə atıb faciəli surətdə həlak olur.

Ssenari müəllifi: N. Breslav-Lurye
Quruluşçu rejissor: Vladimir Ballyuzek
Quruluşçu operator: Vladimir Lemke
Quruluşçu rəssam: Vladimir Ballyuzek
Qrim rəssamı: Georgi Parisaşvili
Rejissor köməkçisi: Məmməd Əlili