Azərbaycanfilm

Film vaxtilə respublikadan didərgin salınmış idmançılar haqqındadır. Bu tanınmış idmançılara Vətəndə heç bir şərait yaradılmadığına görə onlar öz xoşbəxtliklərini ölkənin digər şəhərlərində axtarmalı olmuşlar. Minskdə yaşayan, üç dəfə dünya çempionu, Olimpiya oyunlarının qalibi, güləşçi Kamandar Məcidov, Avropa çempionu Natiq Bağırov, dzü-do və sambo üzrə idman ustası, moskvalı Kamran Məmmədov, Leninqraddan olan beynəlxalq dərəcəli idman ustası Raqif Məmmədov və başqaları ekrandan bu barədə danışırlar.


Rejissor : Miri Rzayev
Ssenari müəllifi : Fəraməz Səfiyev
Operator : Sədrəddin İsmayılov
Səs operatoru : Şamil Kərimov