Azərbaycanfilm

Əmək və qızılgül (film, 1962)

Film SSRİ xalq artisti, görkəmli rəqqas Mahmud Esambayevin həyat və yaradıcılığına həsr olunmuşdur. İncəsənət aləmində onu "rəqs şairi" adlandırırdılar. Məşhur rəqqas balet ustası olana qədər çətin bir həyat yolu keçmişdir. Filmdə rəqqasın yaradıcılığından söhbət getməklə yanaşı, çeçen-inquş xalqının həyatı da öz əksini tapmışdır.

Rejissor: Tofiq Tağızadə
Ssenari müəllifi: İdris Bazorkin, Tofiq Tağızadə
Operator: Rasim Ocaqov
Rəssam: Kamil Nəcəfzadə
Bəstəkar: Rauf Hacıyev

Rollarda: Mahmud Esambayev - Mahmud, Vladimir Txapsayev - Əlisultan, Leyla Abaşidze - Doğmar, Münəvvər Kələntərli - Sonu, Hökümə Qurbanova - Bikətu

Ə. Deniyev-Abdulla

Janr: dram
İlk baxış tarixi: 31 may 1963
Filmin digər adı: Mən rəqs edəcəyəm
Dil: Azərbaycan dili
Ölkə: SSRİ
İstehsalçı qurum: "Azərbaycanfilm" Kinostudiyası
Filmin növü: tammetrajlı bədii film
Rəng: ağ-qara
Vaxt: 91 dəq.
İl: 1962