Azərbaycanfilm

Düyün (film, 2008)

Filmin qəhrəmanı 15 ildir atasını görmür. Ölüm ayağında olan atası ilə vidalaşmaq üçün ailəsini götürüb ucqar kəndlərinə tələsir. Uşaq ikən belə atası ilə ünsiyyəti az olan qəhrəman vidalaşmaq üçün yetişə bilmir, ancaq dəfnə çatır. Atasının vəfatından psixoloji şok keçirən qəhrəman bunun nəticəsində etiraflarını dilə gətirir, katarsis keçirir, mənəvi saflaşır.

Beləcə, filmdə ümumbəşəri atalar və övladlar probleminə toxunulur.

Rejissor: Əli İsa Cabbarov
Əsərin müəllifi: Asif Rüstəmov
Ssenari müəllifi: Ramiz Fətəliyev, Asif Rüstəmov
Operator: Adil Abbasov
Rəssam: Əziz Məmmədov
Bəstəkar: Xəyyam Mirzəzadə

Rollarda: Pərviz Məmmədrzayev, Mehriban Zəki

Janr: dram, poetik dram
İlk baxış tarixi: 14 mart 2008
Filmin digər adı: Albalı (çəkiliş adı)
Dil: Azərbaycan dili, rus dili
Ölkə: Azərbaycan
İstehsalçı qurum: Dərviş Prodüser Mərkəzi, Butafilm (texniki təchizat), Kinoatelye "24 K" (post-prodakşn)
Filmin növü: qısametrajlı bədii film
Rəng: Rəngli
Vaxt: 23 dəqiqə
İl: 2008