Azərbaycanfilm

"Yerdənkənar varlıqlarla səylə əlaqə axtarırlar, bəs bizim aramızda, Yer kürəsinin adamları arasında əlaqə varmı?.." Personajların birinin verdiyi bu sual filmin müəlliflərini düşündürür və onlar "belə bir bəşəri, millətlərarası əlaqələr barədə həmişəkindən daha çox düşünməliyik" mesajını tamaşaçılara çatdırmağa çalışırlar.
Filmdə amansızlığın necə hərc-mərcliyə, zorakılığa, planetdə bütün varlığın məhvinə gətirib çıxardığı göstərilmişdir. Burada adamlara bir daha xatırladılır ki, əlaqələrin olmaması dəhşətli bəladır, qlobal qəzalar doğurur. Amma film ümid hissilə sona çatır. Müsəlman və xristian dini mahnıları oxunur və yeni həyat başlanır.


Ssenari müəllifi : Anar
Quruluşçu rejissor : Cahangir Zeynallı
Quruluşçu operator : Kənan Məmmədov
Quruluşçu rəssam : Kamran Zeynallı
Bəstəkar : Firəngiz Əlizadə


İlqar Həsənov-Tələbə
Rafiq Əliyev (II)-Psixiatr
Aliyə Əliyeva
Fikrət Məmmədov-Dazbaş
T. Babayeva
R. Axundova
Q. Süleymanov
Niyazi Bədəlov-Qoca