Azərbaycanfilm

1944-cü il. Yaponiya. Kamikadze dəstəsi döyüşə hazırlaşır. Dəstəyə əmr verilir: müqəddəs sınaq vaxtımız gəlib çatıb. Gündoğan ölkənin gələcəyi naminə, imperator uğrunda gedin şəhid olun...

Bu ağır vuruşmada bir nəfərdən başqa hamı həlak olur. Sağ qalmış kamikadze(Eduard Pak) isə paraşütlə tullanarkən cəbhə bölgəsindən gəlib Azərbaycana, Nardaran qəsəbəsinə düşür. Bu balıqçılar qəsəbəsində onu "yapon" ləqəbli cavan oğlan Gülbala (Davud Davudov) tutub evlərinə gətirir.
Bu qeyri-adi hadisədən xəbər tutan dövlət təlükəsizliyi komitəsinin nümayəndəsi(Oqtay Ağayev) işə qarışır, "bu iş Stalinin nəzarəti altındadır. Yaponiyalını diri tutmalı", deyib əməliyyata başlayır. Bundan sonra filmdə bir sıra gülməli əhvalatlar baş verir.
Qrotesk üsulunda çəkilmiş bu filmin müəllifləri çox maraqlı və ciddi məsələyə toxunurlar: milləti, həyat tərzindən asılı olmayaraq, insanları bir-birinə yaxınlaşdıran mehribançılıq və zəhmətdir.


Ssenari müəllifi : Vaqif Mustafayev
Quruluşçu rejissor : Sergey Ratnikov
Quruluşçu operator : Kənan Məmmədov, Fikrət Əsgərov
Quruluşçu rəssam : Rafiz İsmayılov
Bəstəkar : Əli Babayev


Eduard Pak-Yaponiyalı
Davud Davudov-"Yapon" Gülbala
Oqtay Ağayev-Məlik-Babanov
Lətifə Əliyeva-Gülbalanın anası
Nəmxuda Usubəliyev
N. Əliyev
Vahid Əliyev-Təhlükəsizlik komitəsinin işçisi
Kamil Məhərrəmov-Qəsəbə sakini
S. Şapovalov
N. Məhərrəmov
Vəliəhd Vəliyev
Ömür Nağıyev-Qəsəbə sakini
Arif Kərimov
D. Sultanov
Məbud Məhərrəmov-Yapon zabiti
Əliqulu Səmədov-Zabit
Zilli Namazov-Qəsəbə sakini
İdris Rüstəmov-Firəngi