Azərbaycanfilm

Film çox yığcam, adi həyat hadisələrindən ibarət bir süjetə malikdir. Onun mərkəzində Asif (Emil Pənahov), Vasif (Ramin Aslanov) və Ağasif (Hökümə Cəlilova) adlı üç oğlu olan gənc bir ailə və bu ailənin, uşaqların təlim-tərbiyəsi ilə bağlı qayğıları durur. Ata (Məmməd Məmmədov) vaxtının çoxunu iş yerində keçirdiyindən övladlarının tərbiyəsini ana (Şükufə Yusifova) öz öhdəsinə götürmüşdür. O, oğlanlarını dəbdə olan "tərbiyə üsulları" ilə böyütmək fikrindədir. Ana xüsusi cədvəl tərtib edir: uşaqlar musiqi və idmanla məşğul olmalı, xarici dil, süfrə arxasında, böyüklərin yanında davranmaq qaydalarını öyrənməlidirlər. Nənənin (Leyla Bədirbəyli) hərdən eşidilən etirazı evdə ancaq qanqaralığa səbəb olur. Atalarının gəlişi isə uşaqlar üçün əsl toy-bayrama çevrilir.
Filmdəki hadisələr də məhz Asif, Vasif, Ağasifin ataları ilə gəzintiyə çıxdıqları zaman baş verən "sərgüzəştlər", daha doğrusu, ortancıl qardaşın "əyləncələri" ətrafında cərəyan edir...


Rejissor: Rasim İsmayılov
Ssenarist: Nadejda İsmayılova
Rəssam: Məmməd Hüseynov
Bəstəkar: Ruhəngiz Qasımova


Emil Pənahov — Asif
Ramin Aslanov — Vasif
Hökümə Cəlilova — Ağasif
Məmməd Məmmədov — Riyad
Şükufə Yusupova — Dilarə
Leyla Bədirbəyli — nənə