Azərbaycanfilm

Tammetrajlı publisistik film 1945-1946-cı illərdə Güney Azərbaycanda baş verən hadisələri ekranda canlandırır. Filmdə Güney Azərbaycanda müxtəlif illərdə çəkilmiş zəngin kinomateriallardan istifadə edilmişdir.
Film burada xalqın öz azadlıq və müstəqilliyi uğrunda apardığı mübarizəni, ölkədə gedən demokratik hərəkatı tərənnüm edir, filmdə öz xalqına qəlbən bağlı olan adamlar-Şeyx Xiyabanı, Səttarxan, Bağır xan, Pişəvəri, Qulam Yəhya və başqaları haqqında söhbət açılır.
Coşub daşan, gur Araz çayı çox hadisələrin şahidi olub, başı qarlı Savalan dağı, çiçəkləyən meyvə bağları, tarixi memarlıq abidələri, milli-azadlıq hərəkatı döyüşçülərinin qərargahına çevrilmiş uzaq dağ yerləri, qayaüstü təsvirlər Güney Azərbaycanının koloritli obrazını yaradır.


Ssenari müəllifi: Esfir Şub
Rejissor: Esfir Şub
Operator: Muxtar Dadaşov, Seyfulla Bədəlov
Bəstəkar: Niyazi