Azərbaycanfilm

Ömrü kişi kimi yaşamaq, öz sözünün ağası olmaq asandırmı? Adam həyatda öz yerini necə tapmalıdır? Film bu suallara cavab verir. Müasir Azərbaycan kəndindən bəhs edən kinolentdə namus, ləyaqət və şan-şöhrət kimi məsələlərə toxunulur.

Hər bir valideyn üçün cəmiyyətdə yerini tapan, öz mənliyini təsdiq edən övlad böyütmək əsl səadətdir. Lakin həyatın özünəməxsus qanunları var. Məhz buna görə bəzən həyat hər kəsin arzuladığı kimi olmur. Filmin qəhrəmanı Qasım (Əjdər Həmidov) üçün də həyat sınaq məktəbinə çevrilir...

Ssenari müəllifi : İsi Məlikzadə[3]
Quruluşçu rejissor : Cahangir Mehdiyev[4]
Quruluşçu operator : Eduard Qalakçiyev, Fikrət Əsgərov
Quruluşçu rəssam : Fikrət Əhədov
Bəstəkar : Vasif Adıgözəlov