Azərbaycanfilm

Möcüzələr adası (film, 1963)

Kinopovest Xəzər dənizində salınmış Neft Daşlarının qəhrəman neftçilərinə, onların əməyinə və məişətinə həsr olunmuşdur. Polad dirəklər üzərində qurulmuş dəniz estakadası yüz kilometrlərlə dənizin içərilərinə doğru uzanır, burada igid adamların əlləri ilə neft buruqları və neftçilər şəhəri salınmışdır. Filmdə ömrünün yarısını bu adada keçirən adamlar, buraya işləməyə gələn gənclər, onların qarşılıqlı münasibətləri haqqında söhbət gedir, xarakterləri açılıb göstərilir

Rejissor: Həsən Seyidbəyli
Ssenari müəllifi: Həsən Seyidbəyli
Operator: Arif Nərimanbəyov
Rəssam: Elbəy Rzaquliyev
Bəstəkar: Tofiq Quliyev

Rollarda: Həsən Məmmədov - Nazim, Oleq Xabalov - Kamran, Zoya Nedbay -Məryəm, Fazil Salayev - Fazil, Leonid Piroqov - Polyakov, Tamilla Qafarova - Samiyə

Janr:Dram,məhəbbət

İlk baxış tarixi: 6 iyun, 1964
Dil: Azərbaycan dili
Ölkə: Azərbaycan
İstehsalçı qurum: "Azərbaycanfilm" Kinostudiyası
Filmin növü: Tammetrajlı Bədii Film
Rəng: Ağ-Qara
Vaxt: 69 dəq.
İl: 1963