Azərbaycanfilm

Burada hikmətli bir əhvalatdan-qocalıb əldən düşmüş tülkünün özünə yem tapması üçün fikirləşib necə yeni fənd işlətməsindən danışılır.
Filmdə belə bir fikir ön plana çəkilmişdir: düşmən çox məharətlə cildini dəyişir. O gücü hesabına deyil, hiylə və ikiüzlülük sayəsində öz alçaq məqsədinə nail ola bilər.


Əsərin Müəllifi : Abdulla Şaiq (titrlərdə yoxdur)
Ssenari müəllifi : Eyvaz Borçalı
Rejissorlar : Nazim Məmmədov, Bəhmən Əliyev
Operator : Aleksandr Milov
Quruluşçu Rəssamlar : Bəhmən Əliyev, Nazim Məmmədov
Multiplikasiya Rəssamları : Bəhmən Əliyev, Nazim Məmmədov
Rəssamlar : Rauf Dadaşov, Hüseyn Cavid İsmayılov, Q. Lyubçenko, Tamilla Əsgərova, E. Əliyev
Bəstəkar : Aqşin Əlizadə


Hüseynağa Sadıqov-Xoruz
Ağaxan Salmanov-Tülkü
Firəngiz Şərifova-Toyuq