Azərbaycanfilm

Fil balası özündən balacaları incidir, nəhəngliyi ilə öyünüb heç kəslə hesablaşmaq istəmir. Lakin ondan çox-çox kiçik olan arıların hücumuna məruz qaldıqdan sonra öz əməlindən peşimançılıq çəkir. Başa düşür ki, başqalarını incitmək olmaz. Bu, pis və eybəcər hərəkətdir.


Rejissor : Əsgər Məmmədov
Ssenari müəllifi : Əli Səmədov
Quruluşçu rəssam : Elçin Axundov
Operator : Antonina Korotnitskaya
Bəstəkar : Rauf Əliyev