Azərbaycanfilm

Yaşamaq gözəldir, qardaşım! (film, 1966)

Kino əsərinin qəhrəmanları 20-ci illərdə Yaxın Şərq ölkələrindən birində gizli fəaliyyət göstərən gənc kommunistlərdir.
Əhməd(Vladimir Koval) gizli fəal kommunistlərdən biridir. O və dostu İsmayıl(Oleq Xabalov) kəndlərdən birində yerləşib kommunizmi təbliğ edən qəzet çıxarmaq fikrindədirlər. Lakin Əhmədi quduz olma ehtimalı olan itin dişləməsi hadisələrin xəttini dəyişir...

Rejissor: Ramiz Əsgərov, Antonis Voyazos
Əsərin müəllifi: Nazim Hikmət
Ssenari müəllifi: Leonid Aqranoviç
Operator: Rasim İsmayılov
Rəssam: Nadir Zeynalov, Fikrət Bağırov
Bəstəkar: Fikrət Əmirov

Rollarda: Vladimir Koval - Əhməd, Oleq Xabalov - İsmayıl, Nelli Zinovyeva - Annuşka, Murad Məlikov - Kərim, Kseniya Minina - Marusya, M.Qasımbəyov - Si Ya-u, Ağasadıq Gəraybəyli - Şükrü bəy, Bəşir Səfəroğlu - Ziya

Janr: Dram,macəra

İlk baxış tarixi: 7 yanvar 1967
Filmin digər adı: Həyat Gözəldir, Qardaşım!
Dil: Azərbaycan dili
Ölkə: Azərbaycan
İstehsalçı qurum: "Azərbaycanfilm" Kinostudiyası
Filmin növü: Tammetrajlı Bədii Film
Rəng: Ağ-Qara
Vaxt: 69 dəq.
İl: 1966