Nazlı

Hazırda sizin internet bələdçiniz sınağımızdan keçməyib və video player işləməyə bilər.

İzah

JAN POL Nazlının ən yaxın dostudur. Onun əsl adı Can poladdır. Özünü dahi rəssam hesab edir. Ancaq  heç bir işi satılmır. Nazlının yanında olması da məhz elə bu səbəbdəndir ki,  onun vasitəsilə elit cəmiyyətə daxil olub orada öz rəsmlərini sata bilsin. Jan Pol rəngə-rəng ekstravaqant geyimlərə üstünlük verən, ciddi sifətlə gülməli hərəkət edən biridir.   

Nazlının atası ŞAMİL ağır təbiyyətli, yaşına hörmət edən, adət-ənənəyə sadıq olan, ciddi biznesmendir. Onun həyatının bir tərəfi nə qədər biznesə, digər tərəfi isə qızı Nazlıya bağlıdır. Nazlı hələ uşaq olarkən anasını itirir. Bu faciədən sonra Şamil evlənmir,  ömrünü qızına həsr edir. Nazlını tək böyüdür və oxudur. Ancaq indi onun həyatı Şamili çox narahat edir. Qızının ailə həyatı qurması üçün əlindən gələni edir. Ancaq  ailə həyatı qurmaq Nazlının planlarına daxil deyil.

ASLAN həm Şamilin uşaqlıq dostu, həm də onun biznes tərəfdaşıdır.  Yaşı 60 yaxın olan bir adamdır. Böyük biznesmendir.  Şamildən fərqli olaraq, Aslan yeyib-içən, gəzən, bütün şənliklərdə iştirak edən bir adamdır. Şamilin bizneslərindən biri olan tikinti sahəsini kontrol edir.

Nazlının növbəti gecə gəzintisindən sonra Şamilin səbri tükənir. O, qızının qarşısına şərt qoyur: Ya Nazlı evlənəcək, ya da Şamil qızını var dövlətindən məhrum edəcək. Və ani qərar verərək tikinti sahəsində işləyən İSMAYIL adlı fəhləyə qızını ərə verir. Nazlı bu qərara qarşıdır,ancaq o, evlənməyi qəbul etməzsə atasının vərəsəsi olmayacaq. Bunu dərk edən Nazlı İsmayılın kənd evinə Gəbələya köçür.

Gəbələdə Nazlının kənd sərgüzəştləri başlayır. Burada ən böyük problem isə, İsmayılın bibisi TÜKƏZBANdır. Çünki Tükəzban İsmayılın evə şəhərli qızı gətirməsinə çox qəzəblidir. Nazlı nəyin bahasına olursa olsun, o evdən qaçmalıdır. 

Bir müddət çəkən münaqişələrdən sonra, Nazlı kənd həyatının elədə pis olamadığını başa görür, və hətta o həyat Nazlının xoşuna gəlir. Buna da ən büyük səbəb İsmayıldır. Nazlı, gündən-günə İsmayılda layiqli, müsbət keyfiyyətlər aşkarlayır və tədricən ona aşıq olur.

Şamil Aslanla birlikdə Gəbələyə, Nazlını görməyə gedirlər. Elə burada aydın olur ki, İsmayıl Azlanın xaricdə yaşayan oğludur. O uşaqlıqdan Nazlını sevir. Tükəzban isə Aslanın bacısıdır. Bütün baş verənlər isə Şamil, Aslan və Tükəzbanın Nazlıya həyat dərsi verilməsi üçün,onun üzərinə qurulan oyundur.