Qaydalar və şərtlər

Sizi “kinofilm.az” internet resursunun veb-saytında salamlayırıq!
kinofilm.az saytının istifadəsinə başlamazdan öncə Şərtlər və Qaydalar ilə tanış olmağınızı xahiş edirik
I. kinofilm.az veb-saytının istifadə Şərtləri və Qaydaları
1.1 Saytın Müdiriyyəti (bundan sonra “Müdiriyyət”) kinofilm.az veb-saytının (bundan sonra “Sayt”) Şərtlər və Qaydalarını tərtib edib, Saytın istifadəsi şərtləri və inkişafını təyin edir, həmçinin İstifadəçilər və Müdiriyyətin hüquq və vəzifələrini müəyyən edir.
1.2 Hazırkı Şərtlər və Qaydalar (bundan sonra “Qaydalar”) istifadəçi və Müdiriyyət arasında hüquqi baxımdan icbari saziş xarakteri daşıyır, və ona əsasən Müdiriyyət tərəfindən İstifadəçiyə “Park Cinema” MMC-nin kinofilm.az Saytının istifadəsi ilə bağlı müəyyən xidmətlər aşağıdakı şərtlər üzrə təqdim olunur:
1.2.1 İstifadəçinin kinofilm.az Saytına girişi və adıçəkilən Saytın istifadəsi hazırkı qaydalarla tənzimlənir. Sayta daxil olaraq və onu istifadə edərək Istifadəçi hüquqi cəhətdən icbari qaydada məhdudiyyətsiz və şərtsiz ilk dəfə Sayta daxil olduğu zaman dərhal qüvvəyə minən Qaydalara riayət etməlidir. İstifadəçinin həmin Qaydalara riayət etmək razılığı olmadığı halda İstifadəçi Sayta bir daha daxil olmamaq və/və ya Saytı istifadə etməmək hüququnu özündə saxlayır.
1.2.2 Müdiriyyət xəbərdarlıq etmədən Qaydaları birtərəfli qaydada dayişmək və/və ya onlara əlavə etmək və saytda yerləşdirmək hüququnu özündə saxlayır. Hazırkı Qaydalar açıqdır və ictimaiyyətə təqdim olunmuş sənəd xarakteri daşıyır. Qaydalar İnternetdə **** ünvanında yerləşdirilib. Müdiriyyət dəyişikliklərdən xəbərdar olmaq üçün mütəmadi olaraq həmin Qaydaları təkrar oxumağa təkidlə tövsiyə edir. Istifadəçi Qaydalar bölməsinə olunmuş dəyişikliklərdən sonra kinofilm.az saytından istifadə edərsə, bütün edilmiş düzəliş və/və ya dəyişiklik/əlavələrlə birlikdə həmin Qaydalara riayət etmək öhdəliyi götürmüş kimi hesab olunur.
1.2.3 Qaydaları bilməmək onlara riayət etməkdən azad etmir. İstifadəçi Sayta hər hansı bir məlumatı yerləşdirərsə, qaydalarla və onlara riayət edilməsi zəruriliyi ilə razı olduğunu göstərir.
ІІ. Müəlliflik hüquqları və Kontentə mülkiyyət hüququ.
2.1 Hazırkı Sayt və onun məzmunu, dərc olunmuş məqalələr (bundan sonra “Kontent”) Azərbaycan Respublikası qanunvericiliyi, həmçinin müəlliflik hüququ və əlaqəli hüquqlar haqqında beynəlxalq qanunvericilik tərəfindən qorunur.
2.1.2 Sayta istinadların yerləşdirilməsi aşağıdakı şərtlərlə qəbul olunur:
1) İstifadəçi Müdiriyyətə hər bir istinad barəsində əvvəlcədən yazılı surətdə məlumat verməlidir;
2) “kinofilm.az” tərəfindən İstifadəçinin saytına heç bir sponsorluq və/və ya dəstək olunması haqqında göstərişlər olmamalıdır;
3) İstifadəçi Müdiriyyətin tələbinə əsasən hər hansı istinadı yığışdırmalıdır.
2.2. İstifadəçinin kinofilm və/və ya hər hansı Kontent sahibi tərəfindən yazılı surətdə verilmiş icazə olmadan kontentdən istifadəsi (surət çıxarma,nəşr və s.) qəti qadağandır. "kinofilm" сinayət təqibi daxil olmaqla, qanunvericiliyə əsasən öz əqli mülkiyyət hüququnun qorunmasını təmin edəcək.
ІІІ. Saytın məzmunu və fəaliyyəti
3.1 Müdiriyyət Saytdakı məlumatın doğruluğunu təmin etmək üçün var gücü ilə çalışır.
3.2 Müdiriyyət məlumatın dəqiqliyi, vaxtında verilməsi, düzgünlüyü və təhlükəsizliyinə zəmanət vermir.
3.3 Saytdakı kontent qeyri-dəqiq və ya səhv ola bilər.
3.4 Müdiriyyət istənilən vaxt xəbərdarlıq etmədən Saytdakı hər hansı məlumatı dəyişmək və ya ləğv etmək hüququnu özündə saxlayır.
3.5 “kinofilm” öz mülahizəsinə əsasən Saytın fəaliyyətini dayandıra bilər.
3.6 Aşağıdakı hallarda Müdiriyyət hər hansı bir zərər və ya zədəyə görə məsuliyyət daşımır:
3.6.1 Saytın istifadəsi və ya istifadəsinin mümkünsüzlüyü
3.6.2 Məlumatın dəyişdirilməsi və ya çıxarılması, həmçinin Saytın fəaliyyətinin dayandırılması
3.7 Müdiriyyət cədvəlin qeyri-dəqiqliyi nəticəsində dəyən zərərə görə məsuliyyət daşımır. Qeyd: Saytın Müdiriyyəti istənilən kinoteatrda cədvəl dəqiqliyinə zəmanət vermir, çünki Müdiriyyət cədvəli saytın Müdiriyyətinə xəbər etmədən qismən və ya tam dəyişə bilər. Müdiriyyət xoşagəlməz vəziyyətlərlə rastlaşmamaq üçün kinoteatra gəlməzdən öncə cədvəli dəqiqləşdirməyi təkidlə tövsiyə edir.
IV. Digər saytlara istinad
V. Saytın istifadəsi
5.1. kinofilm.az veb-saytına daxil olan hər bir kəs saytın İstifadəçisi ola bilər və Saytın təqdim olunan interaktiv xidmətlərindən qeydiyyatsız istifadə edə bilməz.
5.2 Təqdim olunan xidmətlər və interaktiv xidmətlərdən bütövlükə istifadə etmək üçün İstifadəçi qeydiyyatdan keçə bilər. Bu tədqirdə İstifadəçi:
5.2.1 sayta parolu təkrarən daxil etmədən öz adına bağlanmış nik vasitəsilə daxil ola bilər.
5.2.2 İstifadəçi e-mail vasitəsilə verdiyi və ya abunə olduğu suallara cavab ala bilər.
5.2.3 İstifadəçi aşağıdakı hərəkətləri edə bilər:
1) Film və s. haqqında rəylər bildirmək;
2) Film, və s.qiymətləndirmək;
3) Sizi maraqlandıran filmləri izləmək;
4) Müsabiqədə iştirak etmək;
5) Saytın xəbərlərini almaq;
6) Redaktor adını qazanaraq, Müdiriyyət və saytın redaksiyası ilə birlikdə Saytın fəaliyyətində iştirak etmək: şəxsi tənqidlərinizi, filmlər üçün multimedia fayllarınızı, sevimli aktyorların şəkillərini yerləşdirə bilərsiniz.
5.3 Müdiriyyət (1) digərinin sitatını təkrarlayan məlumatı ləğv etmək; (2) rəyləri çıxarmaq və düzəliş etmək hüququnu özündə saxlayır. 5.4 Müdiriyyət saytda İstifadəçi tərəfindən yerləşdirilən xəbərlər və rəylərə görə məsuliyyət daşımır, çünki hər bir məlumat müəllifinin fikirlərini bildirir 5.5 İstifadəçi qaydaları pozduqda, Müdiriyyət birtərəfli qaydada xəbərdarlıq etmədən İstifadəçinin qeydiyyatını pozmaq hüququnu özündə saxlayır. kinofilm.az saytında (bundan sonra – “Sayt”) “onlayn” üsulu ilə film və konsertlərin alınması Qaydaları və Şərtləri ilə tanış olmağınızı Sizdən xahiş edirik.